Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


İNSANIN SURƏTİ VƏ BƏNZƏRİNDƏ OLANLAR.

Поделиться
avatar
Məsihın qulu
עולה חדש
עולה חדש


Дата рег : 2017-04-30
Вера : mesihçi
Сообщения : 24
Благодарности : 1
Пол : Мужчина

İNSANIN SURƏTİ VƏ BƏNZƏRİNDƏ OLANLAR.

Сообщение автор Məsihın qulu в Вс Апр 30, 2017 5:07 pm


İNSANIN SURƏTİ VƏ BƏNZƏRİNDƏ OLANLAR.
 
EV HEYVANLARI, AĞACLAR, TORPAQ.İnsan özü Allahın surəti və bənzərində olsa da, dünyada insanın özünün surətində və bənzərində olan bir çox şeylər var.Məsələn ev heyvanları insanların  məcazi mənada bənzərindədi.7 cürə ev heyvanı var, bu heyvanlar Allahın Xalqında olan 7 firqədir; AT, EŞŞƏK, DƏVƏ, ÖKÜZ, İNƏK, QOYUN VƏ KEÇİ.At – ruh deməkdi, ruh sürətlidi, at da, ona görədir ki, maşın sürətini atla ölçürlər.Vəhy kitabında Yəhyanın gördüyü dörd at – 4 ruh deməkdi. AT – ruhun surətidir, insanı idaərə edən ruhdur, amma ruh insan iradəsinə zidd getmir ÖKÜZLƏR cüt sürmək üçündü.Cüt 2 öküzlə sürülür, müjdəni də təbliğ etmək üçün İsa şagirdlərini iki-iki göndərirdi,Cüt sürən Bəşər Oğludu, Müqəddəs Müjdəni, O, imanlılar vasitəsilə təbliğ edir.Dedi, danışan siz yox, Atanın Ruhu olacaq.Öküzlər – döyüşçü məsihçilərdi, öküz görünüşcə döyüşçüdü, çox möhkəmdi.EŞŞƏKLƏRİN də Rəbbdə xidmətində öz yeri var, Eşşəklərdən qoşqu kimi istifadə olunmasa da, yük daşınması üçün geniş istifadə olunur.Eşşək ləng olsa da çox yük götürür, çox yük daşıyan adam deyir “məni eşşək kimi yüklədəilər”.  DƏVƏLƏR – susuzluğa ən çox davamı olan ev heyvanıdı, həm də dəvə səhra heyvanıdı.Səhra – boşluqdu, sınaqdı.İNƏKLƏR - ən çox süd verən ev heyvanıdı, süd Allahın Ruhudu.QOYUNLAR – seçilmişlərdi. Qoyun çox xeyirli heyvandı, həm bol yun verir, həm süd verir, həm də əti çox yeməlidi.Qoyun ən yağlı heyvandı, yağ Müqəddəs kitabda çox işlənib, yağın ruhani mənası Müqəddəs Ruhdu.Qoyunların çox yağlı olması – məsihçinin içindəki Müqəddəs Ruhun atəşinin göstəricisidir.İsa Məsin dəflərlə Ona iman edənləri “qoyunlarım” adlandırıb.Qoyun ağıllı heyvandı, həm də sülh heyvanıdı, sakitdi, qoyunun ot yeməsi imanlının Allah Kəlamıyla qıdalanmasını göstərir.Çoban İsa Məsihin Surətidir, canavarlar və eləcə də bütün vəhşi heyvanlar cin ruhlarının və şər insanların surətidir, vəhşilər daim yem axtarmaq üçün sürünü güdürlər, amma İsa Məsih elə Çobandır ki, bir imanlısını da qürda yem etməz.KEÇİLƏR də bəzi imanlıların surətidir, amma belələri Allah Kəlamına az itaət edən firqədir.İncildə Mattanın Müjdəsi 26:31-46 da qoyunlarla keçilərin fərqi gözəl izah edilir.Keçi kimi olan imanlılar, hansı ki, dünyada Tanrı Kəlamına xor baxıblar, Hökm Günü əbədi əzaba düçar olacaqlar.Qoyun ot yesə də, keçi nadir hallarda ot yeyir, keçilər əsasən gül-çiçək yeyir.Keçi kimi olan salehlər dünyada ruhən əla qidalansalar da az bəhrə veriblər, ona görə də elələri xilas olmayacaq.Qəribə də olsa keçi südü dərmandır... Süd də ki, yuxarda izah edildiyi kimi Müqəddəs Ruhun bənzəridi..BÜLBÜL salehin duasıdı.QARĞA ehtimal ki, dünyəvi insanın surətidi, Nuh gəmidən qarğa buraxır, və ya  peyğəmbərlər təqib edilən dövrdə Allah qarğalara əmr etmişdi ki, İlyas peyğəmbəri çörəklə, ətlə və suyla  təmin etsin.Allah bizi dünyəvi insanlar vasitəsiylə qidalandırır, həmin dövrdə İsrail padşahının saray rəisi olan Avdiya Rəbbin peyğəmbərlərini gizlədərək onları ərzaqla təmin edirdi.Qalan bütün ev heyvanları müxtəlif xarakterli insanların bənzəridi.QARANQUŞ məsihi insanın surətidi, qaranquş harda alvov görür ora ağzında su gətirib tökür, hətta ev belə yansa, məsihçi dərdli insana kömək edir, onun dərdi böyük olsa da.Bütün VƏHŞİ HEYVANLAR  cin ruhlarının bəznəridi, ŞİR - Şeytanın surətidi, İncildə Həvari Pavel deyir Şeytan nərildəyən bir şir kimi birini parçalamaq üçün axtarır.Bu müqayisə şirin İblisin surəti olmasını anlamaq üçün kifayətdir.Allahın seçdiyi insanlar, məsələn, Davud, Şimşon şir öldürüblər, bu onların ruhani mənada  İblisə qalib gəlməklərini göstərir.CANAVARLAR – cinlərin surətidi (P.S. Hansı xalqlar qurdlarla fəxr ediblər? Hətta dövlətlərinin bayraqlarında belə qurd şəkli olub?) Arılar saleh insanların surətidi, bal fraz edir, bal – Allah Kəlamıdı, arının iynəsi də Allah Kəlamıdı, Rəbbin Kəlamı qılıc kimi kəsir.YARASALAR  da cin ruhlarının surətidi, işıqlıqda uça bilmirlər, cinlər də nurda hərəkət edə bilmirlər, çünki onlar qaranlıq mələyidirlər.SİÇAN da cin ruhunun və İblisin surətidi, necə siçan insan evini deşib  kəsib tökürsə, cin ruhu da başqa bir ev olan insan bəsənini daxilən və ruhən didib dağıdır.Həm də fikir verin ki, deyilənə görə siçan qızıl xoşlayan olur, yəni evdə qızıl görəndə onu oğurlayıb yuvasına aparaır, QIZIL - Allah Kəlamı deməkdi, İblis və cinlər insandan Allah Kəlamını oğurlayırlar ki, onlar Rəbbə sadiq qalmasınlar. Mattanın Müjdəsində Rəbb deyir bəziləri kəlamı sevinclə qəbul edirlər, amma Şeytan gəlib Kəlamı oğurlayır.AĞACLAR  da insanların surəti və bənzəridir.Müqəddəs Kitabda insanlar dəfələrlə ağaclarla müqayisə olunub, yaxşı bar verən ağac var, bar verməyən ağac da var, amma bar verməyəni Allah oda atır, Kəlam deyir.33 dəfə Köhnə Əhddə ƏNCİR AĞACI  İsraillə müqayisə olunub, əncir – İsrailin surətidi, İncildə İsa Əncir ağacında meyvə tapmayanda onu lənətləyir, ancaq əslində o təkcə ağacı yox, İsraili lənətləyir, Ona iman etmədiklərinə görə.O zamandan İsrailə Rəbb tarixində ən uzun cəza dövrü ayırır.Cəca dövrü 1-ci əsrdən 1948-ci ilə kimi davam edir.Üzüm Məsih və Onun tərafdarlarının surətidir.Yəhyanın müjdəsində bu çox gözəl izah edilir (Yəhya 15:1-6). HÖRÜMÇƏK – İblisin surətidi.

    Текущее время Пн Ноя 20, 2017 5:10 pm