Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


TƏBİƏTDƏ BƏNZƏMƏLƏR

Поделиться
avatar
Məsihın qulu
עולה חדש
עולה חדש


Дата рег : 2017-04-30
Вера : mesihçi
Сообщения : 24
Благодарности : 1
Пол : Мужчина

TƏBİƏTDƏ BƏNZƏMƏLƏR

Сообщение автор Məsihın qulu в Вс Апр 30, 2017 5:10 pm

TƏBİƏTDƏ BƏNZƏMƏLƏR.
 
Təbiətdə olan bir çox şeylər insanların surətində və bənzərində yaradılıb.TORPAQ – insanların bənzərindədi, insan özü torpaqdan yaranıb.Bol məhsul verən bərəkətli torpaq -  xeyir-dualı saleh imanlı insanların bənzəridi.Saleh insan daim bəhrə verər, Allah işini görər, Rəbbə itaət edib daim yaxşı işlər görər.Məhsul verməyən bərəkətsiz torpaq imansız insanın surətidi, belə torpaq susuz çat-çat olar, su – Allahın Ruhudu. Allahın Ruhuna malik olmayan insanlar da ruhsuz belə çat-çat olar, bəhrə verməz.DƏNİZLƏR, GÖLLƏR, MEŞƏLƏR  – xalqların bənzəridir.SƏHRALAR– həqiqi imana malik olmayan bütpərəst xalqların bənzəridi, orada suların olmaması Allahın Ruhuna malik olmamasını göstərir, fikir versəniz müsəlman ölkələrin 90% i səhralarda yerləşir: mərkəzi Afrikadan tutmuş Aralıq dənizinə kimi Afrikanın yarısı, Ərəbistan yarımadası, yaxın şərq, İranın və  Pakistanın bir hissəsi, Orta Asiyanın böyük hissəsi, Uyğuriya və s.
DAĞLAR -  Allahın Xalqının suratidi, imanlılar icmasının bənzəridi, Tövratda hətta “dağlar” və “icma” sözləri eyni sayda yazılıb.Allahın yaradığı Cəmiyyət dağlar kimi sarsılmazdı.Dağlar hər şeydən yüksəklikdədi, Rəbbin Cəmiyyətləri də bütün dünya cəmiyyətlərindən üstündü. DƏNİZLƏR – xalqlardı. ÇAYLAR  Allahın Cəmiyyətlərinin surətidir, İncilin Vəhy Kitabında hətta “çaylar” və “cəmiyyətlər” sözləri eyni sayda yazılıb.Çaylar başlangıclarıı dağlardan götürür.İti axan təmiz çaylar Müjdəni sürətlə təbliğ edən Xristian Kilsələridİ, bulanlıq çaylar az bəhrə verən cəmiyyətlərdi. Çaylar axıb dənizə tökülür, cəmiyyətlərdə imanlılar çoxaldıqca Allahın Xalqının sayı da artır.GÖL – Iblisin səltənətidi, göl suyunun dənizlərə çıxış yolu yoxdu, onda olan balıqlar İblisin əsirliyində olan insanlardı.Həvarilərin göldə balıq tutması -  insanları iblisin əsirliyindən çıxarması deməkdi.Yəhyanın Müjdəsin sonunda göldən 153 balıq tutması xilas olunan yəhudilərin hərfən sayının tamı deməkdi.İncildə İsa Məsihin xeyir-dua verdiyi insanların sayı da o qədərdi, İncildə yəhudilər və günah sözləri də 153 dəfə  yazılıb.
YAĞIŞ, QAR, DOLU.Buluddan üç şey yağır: yağış, qar, dolu.Yağış – Allahın sevgisidi. Yağış suyu torpağa can verir, Rəbbin Ruhu bizə həyat verdiyi kimi.Dolu Allahın qəzəb ruhudu, dolu dağıdıcı. Viranedicidi, günahkarlara ziyan verir.Qar – Allah Kəlamıdı, səhrada Rəbbin İsrail Övladlarına göydən verdiyi mannanın surətidi.Rəbbin Cəmiyyətlərinin surəti olan Uca dağların başı həmişə qarlı olur, bu Rəbbin Cəmiyyətlərin Allah Kəlamının bolluğunu göstərir.Dağların qara bürünməsi Allahın Cəmiyyətlərinin salehliyə bürünməsi deməkdi.Ağ qar dağların salehlik libasıdı, salehlik və müqəddəslik də saleh insanların, Rəbbin icmalarının.

    Текущее время Пн Ноя 20, 2017 5:13 pm