Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


Münəccimlərin səcdə qılması (Matta 2:1-11)

Поделиться
avatar
Mesihçi 313
סקרן
סקרן


Дата рег : 2017-05-03
Вера : xristian
Сообщения : 111
Благодарности : 1
Пол : Женщина

Münəccimlərin səcdə qılması (Matta 2:1-11)

Сообщение автор Mesihçi 313 в Ср Май 03, 2017 4:12 pm

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)



[size]
MATTA 2:1-2 
1 İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2 dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».
 (Həmçinin bax: Luka 2:1-7; Say. 24:17)
Rəbb İsanın təvazökarlığının bir əlaməti bu idi ki, O, izdihamların alqışları ilə dünyaya gəlmədi. O, "bütün millətlərin Arzusu" olmasına baxmayaraq, doğulduğu zaman millətlərin bundan xəbəri olmadı. Bu olayda görürük ki, Allahın Oğlu dünyaya gələndə, Özünü heç etdi. İlahi Padşahdan təbii olaraq gözlənilir ki, O, xalqın Onu alqışlarla, izzət və şərəflə qarşılaşması üçün tədbir görəcək; bütün dünya padşahları öz taclarını, padşahlıq əsalarını Onun ayaqları altına atacaqlar və Ona qulluq edəcəklər. Yəhudilər belə Məsihi gözləyirdilər. Amma belə olmadı, əksinə, yazılıb ki, Məsih dünyaya gəldiyi zaman, «dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi» (Yəh. 1:9-11).
Yəhudilərin b.e.ə. 587-ci ildə İkiçayarasına sürgün edilməsindən sonra vahid Allah haqqında bilik və bütün dünyada sülh yaradacaq Davud Oğlu barədə peyğəmbərlik Şərq xalqlarına çatmışdı. Şərq xalqları, Navuxodonosorun sarayında xidmət edən və ölkənin taleyində mühüm rol oynayan vergili Daniel peyğəmbəri unutmamışdılar.
Ola bilsin ki, bəzi yəhudilər Babilin yaxınlığında bir astronomiya məktəbində xaldeylərdən kainatın sirlərini öyrənirdilər. Onlar Saturnun Yupiterə yaxınlaşmağa başladığını müşahidə etdilər. B.e.ə. 7-ci ilin 29 mayında bu iki planet Balıqlar bürcündə yekə vahid bir planet kimi birləşdilər. Bu astronomlar Balıqlar bürcünü Aralıq dənizi ölkəsinin rəmzi, Saturnu yəhudilərin himayəsi rəmzi, Yupiteri də padşahların ulduzu olaraq qəbul etdikləri üçün, bu əlamətin yəhudilərin Padşahı, aləmlərin Rəbbi Məsihin doğulduğunu bilməsinə əmin idilər.
Münəccimlər yəhudilərin padşahının axtarışında Şərqdən Yerusəlimə qədər gəldilər. Onlar deyə bilərdilər ki, belə padşah doğulsa, onun xəbəri tezliklə bizim ölkəmizə də gəlib çatacaq, o zaman ona səcdə etmək fürsətimiz olacaq. Lakin onlar Məsihi görməyə səbir edə bilmirdilər və bu məqsədlə uzun və çətin yola çıxmağa hazır idilər.
Biz bu münəccimlərdən öyrənirik ki, Məsihi tanımağa həqiqətən də can atanlar Onu tapa bilirlər, heç bir çətinlik qarşısında dayanmazlar, lakin Onu tanımaq üçün hər cür təhlükəyə atılmağa hazır olarlar. Biz durmadan Rəbbi tanımağa can atsaq, mütləq Onu tapacağıq və tanıyacağıq.
Yəhudi astronomlar bu iki günəş sistemimizdə ən böyük olan bu iki planetin o ildə son iki dəfə birləşərək vahid bir parlaq ulduz kimi görünəcəyini bildilər. Onlar bu unikal hadisədən çox danışdılar və astronomiya məktəbindən bir dəstə alimi Yerusəlimə göndərmək qərarına gəldilər. Onlar ulduzların ikinci dəfə birləşdiyi b.e.ə. 7-ci ilin 3 oktyabr tarixində orada olacaqdılar və 3 dekabr tarixində ulduzların üçüncü birləşməsinə qədər orada qalacaqdılar; bu vaxt onlar yəhudilərin yeni padşahının harada və necə doğulmasını araşdırmalı idilər. Qızmar yay mövsümündə səyahət etməkdən qorxmayan münəccimlər Fəratı keçərək Suriyəyə gəldilər, Oront və Litani çayları boyunca getdilər, sonra cənuba dönüb İordana tərəf yönəldilər. Oradan Yerusəlimin tac kimi ucaldığı Yəhudiyə səhrasına gəldilər. Onlar dünyanı dəyişdirəcək olan padşahı görmək həvəsi ilə yol gedirdilər.
Münəccimlər “Burada Padşah doğulubmu?” deyə soruşmurdular, çünki buna tam əmin idilər. Ölkələrindən ayrılmazdan əvvəl bu fikrə artıq tam inanmışdılar. Buna görə belə sual verdilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır?»
Öz suallarına dərhal cavab alacaqlarından heç şübhələri yox idi, çünki onlar elə bilirdilər ki, Yerusəlimin bütün əhalisi bu yeni doğulan Padşahın qarşısında sədcə qılır. Amma onlar qapı-qapı gəzib hamıdan soruşsalar da, heç kim onlara cavab verə bilmirdi. Dünyada və bəzi imanlılar cəmiyyətlərində də buna bənzər inanılmaz cəhalət hökm sürür. Bizə Məsihi tanıtmalı olan bir çox insanlar özləri Məsihi tanımırlar.
Mələklər yəhudi çobanlara Məsihin doğulması barədə xəbər verdi, bütpərəst filosoflara isə ulduz bunu bildirdi. Allah hər insan qrupuna onların öz dillərində və adət etdikləri tərzdə xitab edir.
DUA: Ey qadir Allah, ulduzların, günəşlərin Rəbbi olduğuna görə Sənə şükür edirik! Yaratdığın aləmlər Sənə tabe olur. Sən bütpərəstlərə röya və görüntülər vasitəsilə danışırsan, bizə isə bəşər olmuş Kəlamın vasitəsilə Öz iradəni açırsan. Münəccimlər Sənin Oğlunun hüzuruna gəlmək üçün əziyyətlərdən qorxmadıqları kimi, bizə də belə bir arzu ver ki, Sənin Oğlunu görməyə can ataq!
SUAL:
[/size]

  1. O zəmanədə Saturn ilə Yupiter ilk dəfə nə vaxt birləşdi?

avatar
Mesihçi 313
סקרן
סקרן


Дата рег : 2017-05-03
Вера : xristian
Сообщения : 111
Благодарности : 1
Пол : Женщина

Re: Münəccimlərin səcdə qılması (Matta 2:1-11)

Сообщение автор Mesihçi 313 в Ср Май 03, 2017 4:13 pm

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)



MATTA 2:3-4 
4 Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4 Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu.

Məsihin doğulması xəbəri padşahı və bütün Yerusəlim xalqını təlaşa saldı. Belə çıxırdı ki, Allah onlardan xəbərsiz olaraq böyük işlər görür və həmin o işlərindən uzaqdan gələn yadelli adamlar vasitəsilə onlara xəbər verir! Padşah Hirod bütün keçmiş baş kahinləri, o vaxtın baş kahinin və eləcə də iyirmi dörd kahin bölük başçılarını (1Saln. 24:1-19; 2Saln. 23:8; müqayisə et: Luka 1:8) və xalqın ilahiyyatçılarını öz yanına çağırdı. Kahinlər və ilahiyyatçılar Kitabları əzbər bilmələrinə baxmayaraq, o Kitabların şəhadət etdiyi Şəxsi tanımadılar. Padşahın Məsihin doğulacağı yer barəsindəki suala asanlıqla cavab verən bu adamlar özləri doğulacaq Olanı tanlmadılar. Məsihə aparan yolu başqalarına öyrətdikləri halda, özləri bu yola getmədilər. Biz də Allahın Kəlamını başqalarına öyrətdiyimiz, özümüz isə bu yolu tutmadığımız zaman belə edirik.
Hirod Məsih, Məsihin Padşahlığı, Danielin peyğəmbərliyinə əsasən Məsihin gəlişi üçün təyin olunmuş zamanlar barəsindəki Əhdi-Ətiq peyğəmbərliklərindən xəbərsiz deyil idi. Lakin illər uzunu tək başına hökm sürən padşah bu vədlərin yerinə yetirilməsinə mane olub axıradək hakimiyyətdə qala biləcəyini ummağa başladı. Dünya hakimiyyət sahiblərinin şər və qanunsuzluq dolu ürəkləri hər şeydən çox Müqəddəs Kitabdakı vədlərin yerinə yetirilməsindən qorxurlar.
Hirod və bütün Yerusəlim ona görə təlaşa düşdü ki, onların fikrincə Məsihin Padşahlığı dünya üzərində siyasi hakimiyyətindən ibarət olacaqdı. Halbuki Müjdəni elan edən mələk açıq-aşkar dünyəvi deyil, səmavi padşadlıqdan bəhs edib. Dünya padşahlarının, dünya xalqlarının Məsihin Padşahlığına qarşı durmasının səbəbi, Məsihin Padşahlığı barədə səhv anlayışları, səhv təsəvvürləri idi.
Münəccimlərin qafiləsi Yerusəlimə gələndə, Yerusəlimdə zalım Böyük Hirod padşahlıq edirdi. Hirod əslən təmiz yəhudi deyil idi, qaba ovçu Esavın soyundan gələn edomlu idi. B.e.ə. 37-ci ildə Hirod romalıların köməyi ilə Yerusəlimi ələ keçirdi. Bu adam çox qan töküb, zalım qatil, zinakar olub, taxtı onun əlindən almasınlar deyə öz doğma oğlunu və arvadını qətlə yetirib.
Şərqli münəccimlər bu şər dolu padşahın yanına gələrək belə sual verdilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Onun bu vaxt doğulduğuna dair sübut əldə etdik: Saturn ilə Yupiter Balıqlar bürcündə birləşdi. Biz Şərqdə bu əlaməti aydın müşahidə etdik». Bu sözlər padşahın sarayındakıları ildırım kimi vurdu, bütün Yerusəlimi sarsıtdı. Hökmdarı tanıyan xalq onun fiziki və psixoloji təzyiqlərindən qorxur, taxtını itirməmək üçün daha çox qan tökəcəyinə görə narahat olurdu.
Hiyləgər Hirod adi bir insana deyil, Allahın vəd etdiyi Məsihə aid olan bu qəribə xəbərin mənasını dərhal anladı. O hətta Allaha və Allahın Oğluna qarşı mürabizə etməyə hazır idi, buna görə öz sarayında yəhudi ali məclisinin keçirilməsini əmr etdi.
Ali məclis 71 üzvdən: baş kahinlər, ilahiyyatçılar, ağsaqqallardan ibarət idi. Onlar din və məhkəməyə dair hüquqi qərarlar çıxarmaqdan məsuliyyət daşıyırdılar. Onların hamısı Tövratı, xüsusilə Məsih barədə peyğəmbərlikləri tam təfsilatla bilirdi. Ali məclis Yeşaya Peyğəmbərin Kitabında yazılmış olan bu ayəni təlaşla müzakirə etdi: «Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu» (9:2). Yeş. 9:6-dakı peyğəmbərliyi dərindən tədqiq etdilər: «Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq». Bundan sonra Yeş. 60:1-3-ə keçdilər: «Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək».
Lakin padşah Hirod anadan olmuş Məsihin sifətləri, əməlləri və sülhü ilə maraqlanmırdı. O bircə onu bilmək istəyirdi ki, Məsih harada doğulub, çünki o, Məsihi tutub amansızca məhv etmək niyyətində idi.
Əhdi-Ətiqdə olan 333 ilahi vədi dərin-dərin düşünsək və Əhdi-Cədiddəki Məsihin həyatı ilə müqayisə etsək, başa düşərdik ki, Məsihin əməlləri, ölümü, dirilməsi və göyə qalxması təsadüf deyil idi, lakin qədimdən bəri Müqəddəs Yazıda təfsliatla bildirilmişdi.
DUA: Ya Rəbb İsa, Sən doğuldun və doğulduğun andan bəri dünya Sənə nifrət etdi, çünki Sənin məhəbbətini, ilahiliyini tanımadı, amma Səndən qorxdu. Biz isə Səni sevirik və Sənə təslim oluruq, dünyamıza gəlib nifrət, kin və düşmənlik üzərində qələbə çaldığına görə Sənə həmd edirik! Sənə can atanların hamısına Özünü tanıt!
SUAL:
[list="color: rgb(0, 0, 0); font-family: Arial, Helvetica, sans-serif; font-size: 14.6667px; background-color: rgb(255, 255, 255);"]
[*]Hirod kim idi və yəhudi ali məclisi nə idi?

[/list]

    Текущее время Пн Ноя 20, 2017 5:11 pm