Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


Dünyada şər nə üçündür?

Поделиться
avatar
Elshad ben-ELshaday
מקומי
מקומי


Дата рег : 2011-07-13
Сообщения : 7990
Благодарности : 373
Пол : Мужчина

Dünyada şər nə üçündür?

Сообщение автор Elshad ben-ELshaday в Чт Сен 21, 2017 12:13 pm


Dünyada şər nə üçündür?

Müqəddəs Kitabda göylərdə yaşayan əsasən 3 ruhani varlıqlar sadalanır ki, bunlardan ən birincisi keruvlardır, hansı ki, bunlar Allaha ən yaxın olanlardır, sonra seraf deyilən varlıqlar var, onlar daim Rəbbə həmd edib Onu izzətləndirirlər, və bir də mələk deyilən ruhani varlıqlar var. Keruv(im)  sözü “İlahi biliyin tamı”, “Tanrı izzətinin qoruyucusu”, Seraf(im) sözü  “İlahi sevgi”, “İlahi istilik”,  və “alov” “yandıran” mənasındadır, Mələk sözü müjdəçi deməkdir.İblis Lyüçifer olanda keruv olub, Tanrı onu göylərdən atanda, O  mələklərin 3/1 ini öz tərəfinə çəkib, həmin mələklərə cin ruhları, və ya natəmiz ruhlar deyildi.”Şeytan” adının mənası “rəqib” deməkdir, yəni o hər bir insanın rəqibidir.İncilin Vəhy bölümündə göylərdəki döyüş haqda bəhs edilərdkən deyilir ki; “12:7 Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,  8 amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.  9 O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.” Göründüyü kimi şeytan və mələkləri yerə atılır, və bu Tanrının iradəsi ilə olur, çünki Tanrı istəsəydi onları birbaşa Cəhənnəmə atardı, amma Allah bunu hələ etmədi.Və bunda da Allahın məqsədi var idi.Bəs Şeytan və mələkləri nə üçün onlar üçün hazırlanmış odlu gölə yox, bizim  dünyamıza atıldı?  Şər nə üçün dünyamıza daxil edildi? Bunun bir çox səbəbi var.Birincisi, necə ki, Rəbb şeytan vasitəsiylə Adəm və Həvvanı sınamışdı, eləcə də onun vasitəsiylə hər bir insanı sınayır.Dost dar gündə tanındığı kimi, Allaha iman və sevgi də sınaqda bilinir.Şeytanın adlarından biri “sınayan” mənasındadır, yəni o insanın imanını sınayır, amma insanın Allaha imanı ondan çox Allahı maraqlandırır.Deməli, Allah Özü şeytan vasitəsiylə insanın imanını yoxlayır.Şeytan, Allahın izni olmadan dünyada heç nə edə bilmir.Əyyub kitabını oxuyanda bunu lap gözəl anlamaq olur.Allah insanın ürəyində imanın və ona sevginin olmasını, insanı sınamazdan qabaq da bilir.Onun insanı sınaması sadəcə insanın ürəyindəkilərini üzə çıxarması üçündür.Hökm Günü də insan öz əməllərinin əvəzini alacaq.Şeytan və cin ruhlarının insana fəsvəsəsi də bunun üçündür, insan Allaha sadiq qalıb, Onun Qanununa riayət edəcək, yoxsa yox.Dünyada sınanmayan insan yoxdur.Qabil qardaşını öldürməzdən qabaq, Rəbb ona dedi ki,”günah qapının ağzında dayanıb, lakin sən ona üstün gəlməlisən” Hər bir cin ruhu bir günahı təmsil edir; Zina ruhları var, falçılıq ruhları var, intihar və eləcə də müxtəlif günahı təmsil edən ruhlar var.Xeyir və şər arasında gedən mübarizə də bu ruhlarla insanlar arasındadır.Allahla ünsiyyətdə olan saleh insan hər bir günaha qalıb gələ bilər, çünki onun daxilində Tanrının gücü var, amma Allahla heç bir ünsiyyəti olmayan insan Şeytana və günaha qalib gələ bilməz.Çünki, Şeytan insandan güclüdür, insan ancaq Allahın Gücü ilə şeytana qalib gələ bilər.İkincisi, şərin dünyada olması günahkarların cəzalanması üçündür, əgər insan günah edirsə o cin ruhunun təsiri altına düşür, və tövbə edənə kimi cin ona zülm edir.Məsələn, Müqəddəs Kitabda görürük ki, İsrailin birinci padşahı Allaha itaət etmədiyinə görə Allahdan cin ruhu gəlib ona daim zülm edir. Bundan başqa Hakimlər kitabında yazılır ki,  Allahdan cin ruhu gəlib Avilmələk və Şekem əhalisini günahlarına görə bir-birlərinə qarşı edir.Cin ruhların insanlara ancaq onların günahlarının müxtəlifliyinə görə zülm edə bilər.Məsələn, daxilində günah edən elə daxilində də cəzasını alar, ağır günah edən cinə tutulub intihar da edə bilər.Daim zina edən insanlar cin tərəfindən ağır xəstəliyə tutula da bilər.Bu Rəbb tərəfindən qoyulan ruhani Qanunlardı.Günah etməyən insana cin ruhları heç nə edə bilməz, cinə ancaq günah edən insanlar tutula bilər.Deməli,Tanrı, şər qüvvə vasitəsiylə yaratdığı insanı sınayır ki, insan Ona itaət edir, yoxsa yox, itaət etməyən insan da dərhal elə şər tərəfindən də cəzalanır.Ücüncüsü, Rəbb şəri öz məqsədi üçün də istifadə edir, məsələn, İncildə Həvari Pavel yazır ki, Allahdan çoxlu vəhy aldığından onda qürur yaranmasın deyə, ona zülm vermək üçün cin ruhu göndərilir.Və ya Yeni Əhdin başqa yerində Pavel imanlılara göstəriş verir  ki, bir nəfər cinsi əxlaqsızlıq edən imanlını Şeytana təslim etsinlər ki, bədəni ölsün, lakin ruhu xilas olsun.Demək ki, şərin olması həm də insanın yüksəlişi üçündür. Dürdüncüsü, şərin dünyda olması Xeyir qüvvə olan Tanrının daha yaxından dərk edilməsi üçündür.Yəhyanın Müjdəsində deyilir “Nur qaranlıqda parlayır” Gəlin bu ayəni geniş nəzərdən keçirək.Əgər gündüz  çöldə bir çıraq yansa və onun nuru nə qədər güclü olsa da insanların diqqətini elə də özünə cəlb etməz, çünki hər tərəf onsuz da işıqlıdır.Amma heç bir yerdə işıq olmasa, qaranlıqda həmin çıraq yansa, onun işığı hər yerə nur saçar, insanlar da bu nuru hətta uzaqdan belə görüb ona valeh olar, onun nuruna toplaşar, və bu nurun onlar üçün nə qədər vacib olduğunu anlayar.Tanrı Nurdur, Nur da qaranlıqda parlayır.”Qaranlıq” şər deməkdir.Deməli, məhz şəri görə-görə biz Nur olan Tanrını lap çox tanıyır və dərk edirik.Şərin iyrəncliyini görüb anlayırıq ki, Rəbb nə qədər Xeyirxah, Mərhəmətli və Lütfkardır.El arasında belə bir məsəl var “Pisi görməsən yaxşının qədrini bilməzsən” şəri də görməsəydik Yaradan Allahımızı lap çox taniya və dərk edə bilməzdik.Deməli, şərin dünyaya atılmasında Tanrının iradəsi və bir çox məqsədi var.Hətta şərin yaranmasında belə Allahın iradəsi var, kiməsə bu qəribə gələ bilər, amma Yeşaya peyğəmbərin kitabında Allah deyir:Sülhü, fəlakəti və şəri yaradan mənəm.


_________________
Кто не любит, тот не познал Бога, потому что Бог есть любовь,
и пребывающий в любви пребывает в Боге, и Бог в нем. 1Иоан.4:8,16

    Текущее время Пн Ноя 20, 2017 5:16 pm